Bank Of Baku

Azərbaycanın Goranboy rayonunun kəndlərini sel basıb - FOTOSESSİYA - YENİLƏNİB - 1

Azərbaycanın Goranboy rayonunun kəndlərini sel basıb -  <font color=red>FOTOSESSİYA - YENİLƏNİB - 1</font>
# 06 iyun 2009 07:20 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu, Cəmşid Bəxtiyar-APA. Azərbaycanın Goranboy rayonunda dünəndən yağmağa başlayan güclü yağış nəticəsində bir sıra kəndləri sel basıb. Goranboy rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun 31 yaşayış məntəqəsində - Safıkürd, Zeyvə, Meşəli, Xan Qərvənd, Qızılhacılı, Şəfəq, Balakürd və başqa kəndlərdə onlarla ev, inzibati bina və kənd təsərrüfatı sahələri suyun altında qalıb. Yerli sakinlərin APA-ya verdikləri məlumata görə, təqribən gecə saat 3.00-da başlayan leysan bir saat yarımdan çox davam edib. Səhər saatlarınadək isə fasilələlərlə şiddətli yağışlar müşahidə olunub. Su basan yaşayış məntəqələrində kəndarası yollarla, həyətyanı sahələrlə sel axını davam etməkdədir. Məlumata görə, evlərin divarları zədələnib. Sel suları əkin sahələrinə, taxıl və arpa zəmilərinə də ziyan vurub. Zəmilərdə suyun törətdiyi fəsadın aradan qaldırılması üçün tədbirlər görülür.
Hazırda inzibati və yerli özünüidarəetmə orqanlarının əməkdaşları rayonun kəndlərində araşdırma aparırlar.
Goranboy rayonunun Yenikənd kəndində Qaraçayın iki sahilini birləşdirən yeganə körpünü də sel aparıb.
Qızılhacılı kəndində 3, Təhlə kəndində 1 ev uçub. Rayon ərazisində 3500 hektardan çox taxıl sahəsinin sel suları altında qaldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR