Bank Of Baku

Azərbaycanda daha bir neçə marketdə keyfiyyətsiz mallar aşkarlanıb

Azərbaycanda daha bir neçə marketdə keyfiyyətsiz mallar aşkarlanıb
# 06 iyun 2009 07:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.
Bu barədə «APA-Economics»ə nazirlikdən bildirilib. Məlumata görə, monitorinq zamanı Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küşəsi 26/1 ünvanında yerləşən «Qrand market»də, Nəsimi rayonu, 9-cu mkr., H.Babaşov 9/11 ünvanında fiziki şəxs S.Verdiyevə məxsus «Zeytun market»də, Binəqədi rayonu, 7-ci mkr., F.Məlikov küçəsi ev 14 ünvanında yerləşən «Qasım market»də, Nərimanov rayonu Ə.Ağaoğlu küçəsi 9 ünvanında fiziki şəxs S.Zeynalovaya məxsus «Səməd» mağazasında, Atatürk prospekti 31 ünvanında fiziki şəxs A.İlxaszadəyə məxsus «XXI əsr market»də, Gəncə şəhəri Ə.Əliyev küçəsi 423 ünvanında fiziki şəxs E.Məmmədova məxsus «Unversal» ərzaq mağazasında ümumi çəkisi 300 kq-a yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar olunub. Keyfiyyətsiz mallar satışdan çıxarılaraq məhv edilib.
Dövlət Xidməti tərəfindən həmçinin Gəncə şəhəri S.Rəhimov küçəsində fiziki şəxs B.Rzayevə məxsus tikinti materialları mağazasında 5 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.
Qanun pozuntusuna yol vermiş 2 hüquqi və 3 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR