Bank Of Baku

Azərbaycanın şimal rayonlarına güclü leysan yağışları yağıb

Azərbaycanın şimal rayonlarına güclü leysan yağışları yağıb
# 06 iyun 2009 07:46 (UTC +04:00)
Quba-APA. Ötən gün şimal-qərb istiqamətindən Azərbaycan ərazisinə soyuq hava kütləsi daxil olması nəticəsində şimal rayonlarına güclü leysan yağışları yağmağa başlayıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Qusar rayonuna 13-18 mm, Quba rayonuna 10-15, Xaçmaz rayonuna isə 12-17 mm yağıntı düşüb. Yağıntının ən çox düşdüyü ərazi Quba rayonunun Kupçal kəndində qeydə alınıb: 29 mm. Göy gurultusu və ildırım çaxması ilə müşayiət olunan leysan yağışları nəticəsində bölgədəki dağ çaylarında suyun həcmi normanı keçərək kəskin şəkildə artıb. Xüsusilə düzənlik ərazilərdə çayların daşması və sel yaratması ehtimalı böyükdür. Quba və Xaçmaz rayonlarında səhər saatlarından başlayaraq selə qarşı müdafiə tədbirləri aparılır. Hidrometeoroloqlar qeyri-sabit hava şəraitinin, eləcə də leysan yağışlarının müəyyən fasilələrlə iyunun 10-dək davam edəcəyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR