Bank Of Baku

Dünyanın 14 dövlətindən olan diplomatlar Qubadakı kütləvi məzarlıqda olublar

Dünyanın 14 dövlətindən olan diplomatlar Qubadakı kütləvi məzarlıqda olublar
# 06 iyun 2009 08:30 (UTC +04:00)
Quba-APA. Dünyanın 14 dövlətinin Mərakeş Krallığında akkreditə olunan diplomatik nümayəndəsi Azərbaycanın Quba-Xaçmaz bölgəsində səfərdədir. APA-nın şimal bürosunun xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə reallaşan bu səfərdə məqsəd xarici diplomatları regionun turizm potensialı ilə tanış etməkdir. Qeyd edək ki, Azərbaycanın turizm potensialının beynəlxalq miqyasda tanınması və inkişaf etdirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi xüsusi proqram hazırlayıb. Nazirliyinin turizm sektorunun baş məsləhətçisi Rəhman Oruclunun sözlərinə görə, bu proqramın əsas məqsədlərindən biri də məhz xarici dövlətlərin rəsmi nümayəndələrinin ölkəmizə dəvət edilməsidir. Xarici diplomatlar bölgənin təbiəti, tarixi yerləri ilə tanış olur. Qubaya gələn xarici qonaqlar ermənilərin 1918-ci ildə Qubada törətdiyi qırğınların sübutu olan kütləvi məzarlıqla da tanış olublar.
Vyetnamdan olan diplomat Tuyet Nvuyen bildirib ki, bu məzarlığı ziyarət etdikdən sonra şok vəziyyətinə düşüb: “Gördüklərim qeyri-insani hərəkətlərdən xəbər verir. Belə bir hadisə mənim vətənim Vyetnamda da baş verib. Bu hadisələrdən xəbəri olan insan kimi mən belə bir soyqırım törədənləri lənətləyirəm”.
Omanın Mərakeşdəki səfiri Abdulla Mahmud isə qeyd edib ki, bu insanlığa zidd olan hadisədir: “Bir diplomat kimi mən Quba faciəsinə beynəlxalq miqyasda hüquqi qiymətin verilməsini istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR