Bank Of Baku

Azərbaycanın gənclər təşkilatları 30-a yaxın beynəlxalq gənclər strukturunda təmsil olunurlar

Azərbaycanın gənclər təşkilatları 30-a yaxın beynəlxalq gənclər strukturunda təmsil olunurlar
# 06 iyun 2009 09:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Son üç ildə Azərbaycanın gənclər təşkilatları Avropa Gənclər Fondundan ən çox layihə udan təşkilatlar hesab olunur”. Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayevin APA-ya verdiyi məlumata görə, hazırda ölkədə 170-dən artıq qeydiyyatdan keçmiş gənclər təşkilatı fəaliyyət göstərir.

Gənclər təşkilatlarının 30-a yaxın beynəlxalq gənclər strukturunda təmsil olunduğunu deyən sektor müdiri qeyd edib ki, azərbaycanlı gənclər Avropa Gənclər Forumu, Tələbələrin İqtisadiyyat və Menecment Assosiasiyası, Türk Gənclər Birliyi, GUAM Gənclər Forumu, İslam Konfransı Təşkilatı Gənclər Forumu kimi nüfuzlu gənclər təşkilatlarında aparıcı mövqe tuturlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR