Bank Of Baku

Şəkidə Avropa standartlarına cavab verən endokrinoloji laboratoriya yaradılacaq

Şəkidə Avropa standartlarına cavab verən endokrinoloji laboratoriya yaradılacaq
# 06 iyun 2009 11:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Şəki Mərkəzi Rayon Xəstəxanasının endokrinoloji laboratoriyası Yunanıstanın maddi köməyi ilə Avropa standartlarına cavab verəcək. Bunu APA-ya “Iodaction Patra University Doktors” layihəsinin koordinatoru Nərgiz Əsədova deyib. Onun sözlərinə görə, bu gündən başlayaraq laboratoriyada təmir işləri aparılmağa başlayıb. Təmir oktyabrda bitəcək, laboratoriyanın açılışına Yunanıstan Xarici İşlər Nazirliyinin nümayəndələri, bu layihədə çalışan həkimlər gələcək. Laboratoriya müasir avadanlıqlarla təchiz olunacaq, orada endokrinoloji analiz keçirmək üçün Azərbaycanda olmayan avadanlıqlar quraşdırılacaq. Koordinator layihənin ümumi dəyərini açıqlamasa da, yalnız bir avadanlığın, Almaniyanın “Roşe” şirkətinin istehsalı olan avadanlığın 40 min avroya yaxın olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR