Bank Of Baku

Moskva Dövlət Universitetinin Bakı filialına sənəd qəbulu başlayıb

Moskva Dövlət Universitetinin Bakı filialına sənəd qəbulu başlayıb
# 08 iyun 2009 09:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gündən Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialına sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MDU-nun Bakı filialına daxil olmaq istəyənlər sənədlərini iyulun 22-dək təqdim edə bilərlər.
2009-cu ilin qəbul sınaqlarının şərtləri və qaydaları ilə tanış olmaq, filologiya, kimya, tətbiqi riyaziyyat və psixologiya fakültələrində bakalavr hazırlığı barədə ətraflı məlumat əldə etmək üçün isə MDU-nun Bakı filialında “Açıq qapı” günü keçiriləcək. “Açıq qapı” günü iyunun 13-də, saat 15.00-da filialın binasında baş tutacaq. Qeyd edək ki, MDU-nun yaratdığı Qəbul Komissiyası tərəfindən aparılan sınaqlarda yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 400 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə «əla» qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 400 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarına qatıla bilərlər. Qəbul sınaqlarında iştirak etmək istəyənlər Qəbul Komissiyasına 2009-2010-cu tədris ili üçün ali məktəblərə keçirilən test imtahanlarında toplanılan ballar haqqında TQDK-nın arayışını, orta təhsil haqqında sənədin əslini, şəxsiyyət vəsiqəsini və 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil təqdim etməlidirlər. MDU-nun Bakı filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR