Bank Of Baku

Heydər Əliyev Fondu Fransanın “Servyer” şirkəti ilə birgə 100 diabetli insanın bir illik müalicəsini təmin edib

Heydər Əliyev Fondu Fransanın “Servyer” şirkəti ilə birgə 100 diabetli insanın bir illik müalicəsini təmin edib
# 08 iyun 2009 09:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Heydər Əliyev Fondu Fransanın ən güclü əczaçılıq qrupu hesab edilən «Servyer» şirkəti ilə birgə 100 diabetli insanın bir illik müalicəsini təmin edib. Fonddan APA-ya verilən məlumata görə, bu gün 1200 qutu “Diabeton MR” preparatı şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan vətəndaşlara təqdim olunub. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Servyer” şirkəti artıq ikinci dəfədir ki, Heydər Əliyev Fondu ilə birgə ikinci tip diabetli insanların müalicəsini təmin edən layihə gerçəkləşdirir.

Qeyd edək ki, Heydər Əliyev Fondu 2004-cü ildən «Diabetli uşaqlara ən yüksək qayğı» layihəsini ardıcıl olaraq həyata keçirir, ölkədə qeydiyyatda olan 14 yaşınadək uşaqlar mütəmadi olaraq insulin və şpris-qələmlə təmin olunurlar. Bundan əlavə Heydər Əliyev Fondu xəstəxana və poliklinikaların, digər tibb müəssisələrinin yenidən qurulmasında, müasir tibb avadanlığı ilə təmin olunmasında fəal iştirak edir. Cari ildə Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar üçün istifadəyə verilmiş qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəzlə yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin inşası başa çatmaqdadır. Heydər Əliyev Fondu tibb ocaqlarının ən müasir avadanlıqla təminatında da iştirak edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın tanınmış şirkətləri tərəfindən Heydər Əliyev Fonduna təqdim olunmuş hemodializ və endoskorik aparatlar hazırda müvafiq tibb müəssisələrində uğurla tətbiq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR