Bank Of Baku

Azərbaycan ərazisində yağmurlu hava şəraiti davam edəcək

Azərbaycan ərazisində yağmurlu hava şəraiti davam edəcək
# 08 iyun 2009 10:25 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 16-18 dərəcə, gündüz 25-28 dərəcə isti olacaq. İyunun 10-da isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq. İyunun 11-də hava yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Gecə 17-19, gündüz 27-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 9-da gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 16-20, gündüz 26-31, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə isti olacaq.

İyunun 10-11-də isə gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. İyunun 11-də hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə isti olacağı ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR