Bank Of Baku

Qədim Qəbələdə arxeoloji tədqiqatlar başlayıb

Qədim Qəbələdə arxeoloji tədqiqatlar başlayıb
# 08 iyun 2009 11:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Qafqaz Albaniyasının ilk paytaxtı olan qədim Qəbələ şəhərində arxeoloji tədqiqatlar başlayıb. Bu barədə APA-ya arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev məlumat verib. Onun sözlərinə görə, Qəbələ arxeoloji ekspedisiyası iki dəstədən ibarətdir. Şəhərin antik hissəsində aparılan tədqiqatlara Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü İlyas Babayev rəhbərlik edir.

Qeyd edək ki, bu il Qəbələ arxeoloji ekspedisiyasının yaranmasının 50 ili tamam olur. Ekspedisiya e.ə. IV əsrdən bizim eranın XVIII əsrinə qədər mövcud olan qədim Qəbələ şəhərində çoxsaylı tədqiqatlar aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR