Bank Of Baku

Lənkəran sakini evində minizoopark yaradıb

Lənkəran sakini evində minizoopark yaradıb
# 08 iyun 2009 12:20 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda şəxsi təsərrüfatlardan birində minizoopark yaradılıb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Liman şəhər sakini, 64 yaşlı Abas Abasov həyətyanı torpaq sahəsində 40 növədək nadir quş saxlayır. Rusiyada ali təhsil alan A. Abasov 17 yaşından quş saxlamaqla məşğuldur. Onun sözlərinə görə, Lənkəran subtropik bölgə olduğundan burada quşların saxlanması üçün yaxşı şərait var. A. Abasovun təsərrüfatında “Qırmızı kitab”a daxil olan turac, qırmızı qaz, fazan və digər nadir quşlara rast gəlmək mümkündür. Elmi əsaslarla quşlara qulluq edən Abas müəllim dəfələrlə beynəlxalq simpoziumlarda və sərgilərdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR