Bank Of Baku

Dünyanın 69 ölkəsində “donuz qripi”nə 21940 yoluxma halı qeydə alınıb

Dünyanın 69 ölkəsində “donuz qripi”nə 21940 yoluxma halı qeydə alınıb
# 08 iyun 2009 12:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən iyunun 5-dək 69 ölkədə 21940 laborator təsdiq olunmuş A(H1N1) qrip hadisəsi qeydə alınıb. Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Meksikada 103, ABŞ-da 17, Kanadada 3, Kosta-Rika və Çilidə hər birində 1 hadisə ölümlə nəticələnib. Virus Argentina, Avstraliya, Avstriya, Baham, Bəhreyn, Barbados, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Çin, Kolumbiya, Kosta-Rika, Kuba, Kipr, Çex Respublikası, Danimarka, Dominikan Respublikası, Ekvador, Əlcəzair, Salvador, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Qvatemala, Honduras, Macarıstan, İslandiya, Hindistan, İrlandiya, İsrail, İtaliya, Yamayka, Yaponiya, Koreya, Küveyt, Livan, Lüksemburq, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Nikaraqua, Norveç, Panama, Paraqvay, Peru, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, İspaniya, İsveç, İsveçrə, Tailand, Türkiyə, Birləşmiş Krallıq, ABŞ, Uruqvay, Venesuela və Vyetnamda qeydə alınıb. Azərbaycanda isə bu xəstəliklə bağlı şübhəli hallar müşahidə edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR