Bank Of Baku

Güclü yağışlar nəticəsində Qubada torpaq sürüşməsi baş verib

Güclü yağışlar nəticəsində Qubada torpaq sürüşməsi baş verib
# 08 iyun 2009 12:47 (UTC +04:00)
Quba-APA. Azərbaycanın şimal rayonlarında qeyri-sabit hava şəraiti davam edir. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, son üç gün ərzində havanın temperaturu əvvəlki günlərlə müqayisədə 10-15 dərəcə aşağı düşüb. Müəyyən fasilələrlə davam edən leysan yağışları nəticəsində çaylarda suyun həcmi normadan iki dəfə artıb. Dağ çaylarında suyun artması və çay yatağının genişlənməsi səbəbindən Quba rayonunun bir neçə yaşayış məntəqəsi yaxınlığında torpaq sürüşmələri baş verib. Rayonun Dəlləkli kəndində Qudyalçayın sahilində 1 hektaradək ərazi sürüşməyə məruz qalıb. Sahilboyu 500 metr uzunluğunda və 30 metr hündürlüyündə yarğan əmələ gəlib. Nəticədə kənd qəbiristanlığının və sahilboyu təsərrüfat sahələrinin bir hissəsi uçulub. Dağ çaylarının yaratdığı sel və torpaq sürüşməsi təhlükəsinin qarşısını almaq məqsədilə Quba Suvarma Sistemləri İdarəsinin, eləcə də “Azərsutikinti” Səhmdar Cəmiyyətinin Qusar filialının briqadaları ərazilərdə sahilbərkitmə işlərinə başlayıb. Dəlləkli kəndi yaxınlığında 200 metr uzunluğunda beton bəndin tikintisi başlayıb.
Hidrometeoroloqlar bölgədə qeyri-sabit hava şəraitinin iyunun 11-dək davam edəcəyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR