Bank Of Baku

Bakı polisi talassemiyalı uşaqlar üçün qan verib

Bakı polisi talassemiyalı uşaqlar üçün qan verib
# 08 iyun 2009 13:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı polis qarnizonunun şəxsi heyəti idarə rəhbərliyi başda olmaqla, talassemiyalı uşaqlar üçün qan verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2009-cu il prezident İlham Əliyev tərəfindən “Uşaq ili” elan edilib və bununla əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Talassemiyalı və hemofiliyalı uşaqlara qayğı”, “Talassemiyasız həyat” kimi dövlət layihələri həyata keçirilir. Bir çox təşkilatlar, ayrı-ayrı vətəndaşlar kimi, polis əməkdaşları da bu tədbirlərdə yaxından iştirak edirlər. Bu gün Bakı şəhər Baş Polis İdarəsində keçirilən qanvermə aksiyasına Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyi də qatılıb. İdarənin bütün şəxsi heyətinin qatıldığı aksiyada 63 nəfər qan verib.

Məlumatda həmçinin bu günədək Bakı Polis Qarnizonu üzrə baş tutmuş qanvermə aksiyalarında 700-ə yaxın polis əməkdaşının qan verdiyi bildirilir. Analoji tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR