Bank Of Baku

Gen mühəndisliyi mövzusunda seminar keçirilib

Gen mühəndisliyi mövzusunda seminar keçirilib
# 09 iyun 2009 09:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) biologiya elmləri bölməsinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Gen mühəndisliyi və biotexnologiya üzrə tədqiqatlar, geni dəyişdirilmiş orqanizmlər, onlardan alınan sənaye və yeyinti məhsullarının yayılması və istifadəsinin mənfi və müsbət cəhətləri” mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, seminarın açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib ki, XX sonu, XXI əsrin əvvəlləri genetikanın çox yüksək etdiyi dövrdür, bunun da nəticəsində geni dəyişdirilmiş məhsullar və orqanizmlər meydana çıxıb: “Bu yeniliklər böyük müvəffəqiyyət sayılmaqla bərabər, xeyli sayda suallar da meydana çıxarır. Əsas problemlərdən biri isə bütün bu inkişafın bioetik tərəfləridir. Geni dəyişdirilmiş məhsullar insan orqanizmə necə təsir edə bilər? Bu məhsullardan istifadə etməklə insan orqanizmində müxtəlif xəstəliklər yarana bilərmi? Bunların hamısı çox maraqlıdır və seminarda müzakirə olunacaq”.

ABŞ Dövlət Kənd Təsərrüfatı Departamentinin kənd təsərrüfatı texnologiyaları üzrə dövlət komitəsinin üzvü Cannapatna Prakaş isə bildirib ki, biotexnologiyaların inkişafı nəticəsində bütün dünya üzrə istehsalın həcmi artıb: “Amerika və Kanadada son yarım əsrdə istehsalın həcmi 50-60 faiz, Hindistanda isə son 30 il ərzində 5 milyon kilodan 250 milyon kiloya qədər artıb. Qarğıdalının, düyünün və buğdanın genetik modifikasiyası nəticəsində boyları balacalaşıb və məhsuldarlığı çoxalıb. Əgər 1950-ci ildə 1 hektardan 700 kilo buğda toplanırdısa, indi 2500 kilodan artıq buğda toplanır”.

C. Prakaşın sözlərinə görə, dünya əhalisinin sayı getdikcə artır, torpaq sahələri isə olduğu kimi qalır. Buna görə də dünya alimləri dünyada mövcud olan torpaq sahələrindən daha çox məhsul götürmək üzərində çalışmalıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR