Bank Of Baku

Təhsil Nazirliyinin tabeliyində 384 məktəbdənkənar müəssisə fəaliyyət göstərir

Təhsil Nazirliyinin tabeliyində 384 məktəbdənkənar müəssisə fəaliyyət göstərir
# 09 iyun 2009 14:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hazırda Təhsil Nazirliyinin tabeliyində 384 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Onlardan 157-si idman və şahmat məktəbləridir. Bu məktəblərdə 27 idman növü üzrə bölmələr fəaliyyət göstərir. Bunu APA-ya Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar iş şöbəsinin müdiri Ağababa İbrahimov bildirib. Onun sözlərinə görə, hazırda nazirliyin nəzdində yerləşən düşərgələr məcburi köçkünlər tərəfindən tutulduğu üçün bu müəssisələrdə uşaqların kütləvi istirahətini təşkil etmək mümkün deyil. Ona görə də nazirlik “yay məktəbləri”nin təşkilinə daha çox üstünlük verir: “”Yay məktəbləri”ndə şagirdlər səhər 9.00-dan 17.00-a qədər məktəbdə qalır və məktəbdə keçirilən müxtəlif intellektual, əyləncəli və idman tədbirlərində iştirak edir, axşam isə evlərinə gedirlər. Bəzi məktəblərdə həmin şagirdlərə günorta yeməyi təşkil etmək də mümkün olub. Bu işə icra hakimiyyəti və bələdiyyələr tərəfindən maliyyə dəstəyi verilir”. A. İbrahimovun sözlərinə görə, hələlik məktəblərdə imtahanlar başa çatmadığından neçə məktəbdə “Yay məktəbi” təşkil olunacağı məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR