Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası»nı təsdiqləyib

Azərbaycan Nazirlər Kabineti “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası»nı təsdiqləyib
# 09 iyun 2009 16:45 (UTC +04:00)
Qaydalara əsasən, kvota hər ilin başlanmasına üç ay qalmış təsdiq olunacaq. Əcnəbilərə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazələrin verilməsi hər il üzrə müəyyən edilmiş bu kvota çərçivəsində həyata keçiriləcək. Bununla yanaşı, qanunvericiliklə müvafiq fərdi icazə alınması tələb olunmayan əcnəbilər kvotadan kənar haqqı ödənilən əmək fəaliyyətinə cəlb oluna bilərlər.

Kvotanı müəyyənləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadi İnkişaf, Xarici İşlər, Təhsil nazirlikləri və Dövlət Miqrasiya Xidmətinin nümayəndələrindən ibarət Komissiya yaradılacaq.

Təsdiq edilmiş kvota il ərzində kvotanın müəyyən edilməsi üzrə Komissiyanın təklifi ilə Nazirlər Kabineti tərəfindən artırıla və ya azaldıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR