Bank Of Baku

Dünyanın 73 ölkəsində “donuz qripi”nə yoluxma ilə bağlı 26,563 fakt qeydə alınıb

Dünyanın 73 ölkəsində “donuz qripi”nə yoluxma ilə bağlı 26,563 fakt qeydə alınıb
# 10 iyun 2009 07:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İyunun 9-a kimi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dünyanın 73 ölkəsindən “donuz qripi”nə yoluxmaya dair 26,563 fakt barədə məlumat daxil olub. APA-nın BMT-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, indiyədək bu təhlükəli virusdan ölənlərin sayı 140 nəfər təşkil edib. ÜST “donuz qripi”nə qarşı mübarizənin altıncı mərhələsinə keçid barədə qərar qəbulunu istisna etmir, bu isə faktiki olaraq qlobal pandemiyanın başlanması deməkdir. Bu virus kiçik yaş qrupu əhali arasında daha sürətlə yayılır. Kanada hökuməti yerli xalqlar arasında qripə yoluxma ilə bağlı ciddi faktların aşkarlandığını bildirib. ÜST baş katibinin köməkçisi Keyci Fukuda bildirib ki, hazırda qurum dövlətlərin qripə qarşı mübarizədə altıncı mərhələyə daxil olmasına hazırlıqla məşğuldur. Bu mərhələ pandemiya ilə bağlı lazımi informasiya toplanmasını və əhali arasında təşvişə yol verilməməsini nəzərdə tutur: “Ümumdünya Səhiyyə Təşkilatı qlobal pandemiya təhlükəsi elan olunduğu təqdirdə ticarət embarqosu, səfərlərə qadağa qoyulması, sərhədlərin bağlanması, xarici səfərlərin məhdudlaşdırılması, donuzların kütləvi şəkildə məhvi kimi hallara yol verilməyəcəyinə ümid edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR