Bank Of Baku

Atmosferə atılan zərərli tullantıların 50 faizi avtomobillərin payına düşür

Atmosferə atılan zərərli tullantıların 50 faizi avtomobillərin payına düşür
# 10 iyun 2009 10:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə birgə işçi qrupun üzvləri bir illik fəaliyyətlərinin yekunları ilə bağlı mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, işçi qrupun sədri Kamil Səlimov 2008-ci ilin may ayından qrupun “Qaynar xətt” və “Hüquqi məsləhət mərkəzi”nin fəaliyyət göstərdiyini deyib. O bildirib ki, bu müddət ərzində “qaynar xətt”ə kifayət qədər ərizə daxil olub. Daxil olan ərizə və şikayətlər əsasən “Bakıelektrikşəbəkə” ASC, icra hakimiyyətləri, yol polisi xidmətinin fəaliyyəti, hüquq-mühafizə orqanları, Təhsil Nazirliyi və məhkəmələrlə bağlı olub.

K. Səlimov paytaxtın ekoloji vəziyyəti ilə bağlı araşdırmalar apardıqlarını da söyləyib. Araşdırmalar nəticəsində bəlli olub ki, atmosferə atılan tullantıların 50 faizi avtomobillərin payına düşür: “Yerli icra hakimiyyəti orqanları nəinki ətraf mühitin qorunması ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirmir, tam əksinə, ağacların kütləvi şəkildə kəsilməsinə və onların yerində bina və tikililərin ucaldılmasına icazə verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR