Bank Of Baku

“Azərbaycanda Prokurorlar üçün Avropa İnsan Hüquqları Konvensiyasının Təlimi” layihəsinin yekun konfransı keçiriləcək

“Azərbaycanda Prokurorlar üçün Avropa İnsan Hüquqları Konvensiyasının Təlimi” layihəsinin yekun konfransı keçiriləcək
# 10 iyun 2009 11:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İyunun 11-12-də Bakıda “Azərbaycanda Prokurorlar üçün Avropa İnsan Hüquqları Konvensiyasının Təlimi” layihəsinin yekun konfransı keçiriləcək. Avropa Şurasının (AŞ) Bakıdakı İnformasiya Ofisindən APA-ya verilən məlumata görə, tədbiri Avropa Şurası İsveçin “Sida” təşkilatı və Lüksemburq hökumətinin dəstəyi ilə keçirir. Konfransın davamı olaraq Avropa İnsan Hüquqları Konvensiyası üzrə prokuror və hakim təlimatçıları üçün seminar keçiriləcək.

Tədbirdə Avropa İnsan Hüquqları Konvensiyasının hakim və prokurorların tədris planına daxil olunması üçün vacib olan vasitələrin inkişafı məqsədi daşıyan Avropa Şurasının “Hüquqşünaslar üçün İnsan Hüquqları Tədrisi (“HELP”)” proqramı təqdim ediləcək. Tədbirdə layihənin ilk günlərindən iştirak edən prokurorluq işçiləri, kaskad seminarlarda Azərbaycanın Respublikasının prokurorluğun 700 nəfərə yaxın əməkdaşlarına təlim keçmiş təlimatçılar və həmçinin məhkəmə müəssisələrində daxili təlimlər keçirən hakimlər iştirak edəcəklər. Tədbirin açılışında ədliyyə nazirinin müavini, baş prokurorun müavini və AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR