Bank Of Baku

Yeni tədris ilində 72 azərbaycanlı tələbə DAAD təqaüdü alacaq

Yeni tədris ilində 72 azərbaycanlı tələbə DAAD təqaüdü alacaq
# 10 iyun 2009 11:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün “Kapelhaus“da Alman Tələbə Mübadilə Xidməti (DAAD) tərəfindən azərbaycanlı tələbələr üçün təqaüdlərin təqdim edilməsi mərasimi keçiriləcək. Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, 2009-2010-cu illərdə Azərbaycandan 72 tələbə Avropa Bərpa Edilmə Proqramının (“Marşal Planı”) hesabına Almaniyada təhsil alacaq. DAAD-nın ümumi büdcəsi 304 milyon avro təşkil edir. BU vəsaitin 700 000 avrosu Azərbaycan üçün ayrılıb. Təşkilat Azərbaycan hökuməti ilə əməkdaşlıq edir. Müqaviləyə əsasən azərbaycanlı tələbələr Almaniya universitetlərində dövlət hesabına təhsil alacaq. 2008-ci ildə Almaniyada təhsil almaq üçün 12 nəfər dövlət təqaüdü alıb, bu il isə bu rəqəm 36-ya yüksələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR