Bank Of Baku

Azad Rəhimov Bolqarıstanın Gənclər və İdman Dövlət Agentliyinin nümayəndələri ilə görüşüb

Azad Rəhimov Bolqarıstanın Gənclər və İdman Dövlət Agentliyinin nümayəndələri ilə görüşüb
# 10 iyun 2009 12:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və idman naziri Azad Rəhimov Bolqarıstanın Gənclər və İdman Dövlət Agentliyinin Gənclər siyasəti baş direksiyasının baş direktoru İrena Karakaçanovanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, səfər hər iki ölkənin gənclər və idman sahəsindəki qurumları arasında imzalanmış əməkdaşlıq haqqında saziş çərçivəsində baş tutub. A. Rəhimov bildirib ki, Azərbaycanın gənclər siyasəti bir çox ölkələrə nümunə ola biləcək səviyyədədir: “Hazırda ölkənin bütün regionlarında gənclər evləri tikilir. Dövlət gənclər təşkilatlarına hər cür dəstək verir”.

Qeyd edək ki, səfər çərçivəsində bolqarıstanlı nümayəndələr Heydər Əliyev Fondunda, Bakı Slavyan və Azərbaycan Dillər Universitetlərində, Qobustan və Sabirabad şəhərlərində görüşlər keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR