Bank Of Baku

Bakı və Xaçmazda keçirilən monitorinqlər zamanı bir sıra ticarət obyektlərində keyfiyyətsiz məhsulların satılması faktı aşkarlanıb

Bakı və Xaçmazda keçirilən monitorinqlər zamanı bir sıra ticarət obyektlərində keyfiyyətsiz məhsulların satılması faktı aşkarlanıb
# 13 iyul 2009 10:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Bakıda və rayonlarda keçirdiyi monitorinqlər zamanı bir sıra ticarət obyektlərində keyfiyyətsiz məhsulların satılması faktı aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı Bakının Xətai rayonunda yerləşən “İnci market”də, “VİP market”də, “Riyad Market”də, “Azles” MMC-yə məxsus “Savalan market”də, “Endi Market”də, “Azər market”də və Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Qafqaz” pərakəndə ticarət mağazasında ümumi çəkisi 200 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, kərə yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, ketçuplar, mayonezlər, həmçinin kosmetik vasitələr aşkarlanıb. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Qanunvericiliyin tələbini pozmuş 1 hüquqi və 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Həmin şəxslər barəsində qanunvericilik qaydasında inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, mayın 17-dən bu günədək keçirilən nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 34 hüquqi şəxsə 132,5 min manat, 161 fiziki şəxsə 242 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR