Bank Of Baku

IV ixtisas qrupu abituriyentlərinə “İmtahana buraxılış vərəqələri”nin verilməsinə başlanıb

IV ixtisas qrupu abituriyentlərinə “İmtahana buraxılış vərəqələri”nin verilməsinə başlanıb
# 13 iyul 2009 11:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin IV ixtisas qrupu üzrə iyulun 18-də keçiriləcək qəbul imtahanı üçün abituriyentlərə “İmtahana buraxılış vərəqələri”ni verməyə başlayıb. Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, “İmtahana buraxılış vərəqələri” almaq üçün IV ixtisas qrupun abituriyentləri iyulun 17-si saat 17.00-dək ərizə verdikləri Sənəd Qəbulu Komissiyalarına müraciət etməlidirlər.
Qeyd edək ki, bu il IV ixtisas qrupu üzrə 16581 nəfər sənəd verib. Onlardan 1482 nəfəri rus bölməsinin, 14778 nəfəri isə Azərbaycan bölməsinin məzunudur. Bu il dövlət və özəl ali məktəblər üzrə IV qrupa ayrılan plan yerlərinin sayı 3455-dir. Onlardan 1859 yer Azərbaycan bölməsi, 316 yer rus bölməsi, 1280 yer isə birgə müsabiqə aparılan ixtisaslar üzrə ayrılıb. Müsabiqə vəziyyətinə əsasən, bir yerə qarşı 4,8 abituriyent mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR