Bank Of Baku

Azərbaycan əhalisinin sayı 8 milyon 922 min nəfərə çatıb

Azərbaycan əhalisinin sayı 8 milyon 922 min nəfərə çatıb
# 13 iyul 2009 12:00 (UTC +04:00)
APA-nın Dövlət Statistika Komitəsinə istinadən yaydığı məlumata görə, 1999-cu ilin yanvar ayı ilə müqayisədə Azərbaycanın əhalisi 969 min nəfər artıb.

Ölkə əhalisinin 4 mln. 818 min nəfəri (54%) şəhərlərdə, 4 mln. 104 min nəfəri (46%) isə kənd yerlərində yaşayır. Aprel ayında keçirilmiş son siyahıyaalmanın nəticələrinə əsasən əhalinin 4 mln. 372 min nəfəri kişi, 4 mln. 550 min nəfəri isə qadınlardır. Qadınların sayı kişilərdən 178 min nəfər çoxdur.

Əhalinin 2 mln. 046 min nəfəri Bakı şəhərinin, 398 min nəfəri Naxçıvan Muxtar Respublikasının, qalan 6 mln. 478 min nəfəri isə digər şəhər və rayonların payına düşür. Ümumilikdə məcburi köçkünlər və müvəqqəti yaşayanlarla birlikdə Bakı şəhərinin əhalisi 2 mln. 246 min nəfər təşkil edib.

Əhalisinin say çoxluğuna görə, digər iri şəhərlər aşağıdakılardır: Gəncə 313 min nəfər (1999-cu illə müqayisədə artım 4,7%), Sumqayıt - 310 min nəfər (21,6% artım), Mingəçevir 96 min nəfər (2,1% artım), Şirvan - 77 min nəfər (10% artım), Şəki – 63 min nəfər (3,3% artım), Naxçıvan – 74 min nəfər (17,5% artım), Yevlax – 58 min nəfər (11,5% artım), Xankəndi 55 min nəfər (1989-cu ilin məlumatı əsasında), Xırdalan 92 min nəfər (3,2 dəfə) və Lənkəran 50 min nəfər (4,2%).

Əhalisinin ümumi sayına görə ən böyük rayonlar Lənkəran (206 min),Masallı (197 min), Şəmkir (191 min) və Abşeron (190 min) rayonlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR