Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları qərb rayonlarının polis şöbələrinin təcridxanalarına baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları qərb rayonlarının polis şöbələrinin təcridxanalarına baxış keçiriblər
# 14 iyul 2009 10:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Aparatının əməkdaşları Gəncə şəhərinin Kəpəz rayonu, Şəmkir və Gədəbəy rayonlarının polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına və Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasına baxış keçiriblər. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Aparat əməkdaşları saxlanılanlarla təkbətək söhbətlər aparıb, onların saxlanma şəraiti, vəkillə təmin olunmaları, göstərilən tibbi xidmət, həmçinin saxlanılmanın qanuniliyini təsdiqləyən sənədlərlə tanış olub, şübhəli, təqsirləndirilən və inzibati qaydada saxlanılan şəxslərin hüquqlarını izah ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR