Bank Of Baku

Bu il Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə qida zəhərlənmələri ilə bağlı 283 fakt daxil olub

Bu il Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə qida zəhərlənmələri ilə bağlı 283 fakt daxil olub
# 14 iyul 2009 10:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu ilin altı ayı ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) qida zəhərlənmələri ilə bağlı 283 fakt daxil olub. Bu barədə APA-ya GEM-in qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, qeydə alınmış hadisələrdən yalnız 1-i ictimai-iaşə müəssisəsində baş verib, qalan 282 hadisə isə evlərdə məişət şəraitində hazırlanan qidalar nəticəsində yaranıb. Hazırda isə GEM Bakı, Abşeron yarımadası və Sumqayıtda dondurmalar, kolbasa məmulatları və spirtsiz içkilərin keyfiyyəti ilə bağlı araşdırmalara başlayıb. Araşdırmalar bu ayın sonuna qədər davam edəcək. Ölkənin digər iri şəhərlərində və rayonlarında olan GEM-lərə də belə araşdırmalar aparmaqla bağlı göstəriş verilib. Araşdırmalar şadlıq evlərində hazırlanan soyuq qəlyanaltılar üzərində də aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR