Bank Of Baku

Bu il Azərbaycanda mövsümi bostan bitkilərindən zəhərlənmə faktı qeydə alınmayıb

Bu il Azərbaycanda mövsümi bostan bitkilərindən zəhərlənmə faktı qeydə alınmayıb
# 14 iyul 2009 10:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva –APA. Yay mövsümü başlayandan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) bostan bitkiləri ilə bağlı zəhərlənmə faktları daxil olmayıb. Bu barədə APA-ya GEM-in qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, müvafiq şəraiti olmayan yerlərdə qarpız-yemiş satışının qarşısını almaq üçün polis və icra hakimiyyət orqanlarına təqdimatlar yazılacaq: “Yasamal, Xətai, Nəsimi, Suraxanı rayonları ilə bağlı artıq bir neçə təqdimat yazılıb. Qarpız-yemiş mütləq kölgəlik sahələrdə satılmalıdır. Yoxladığımız 70-80 qarpız-yemiş nümunəsindən cəmi 4 yemiş nümunəsində kimyəvi maddələr normadan bir qədər artıq olub. Yaxın günlərdə isə yoxlanılan nümunələrin sayı son dərəcə artırılacaq. Çünki satış yerləri həddən çoxdur. Bu sahəyə nəzarəti artırmaqdan ötrü Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Xidməti ilə birlikdə reydlər keçirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR