Bank Of Baku

“Təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi və həmin tapşırıqların maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması” qaydası təsdiqlənib

“Təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi və həmin tapşırıqların maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması” qaydası təsdiqlənib
# 14 iyul 2009 10:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi və həmin tapşırıqların (sifarişlərin) maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması» qaydasını təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Sənədə əsasən, səfərbərlik və dövlət ehtiyatları üçün tədarük olunan məhsullar keyfiyyətinə, tarasına, qablaşdırılmasına görə standartlara, texniki şərtlərə və uzunmüddətli saxlama ilə bağlı əlavə tələblərə cavab verməlidir. Tədarükçü dövlət və səfərbərlik ehtiyatı üçün məhsul tədarükü müddətini və ya digər razılaşdırılmış şərtləri pozduqda, mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyır.

Səfərbərlik və dövlət ehtiyatı materiallarının özbaşına istifadəsinə, ehtiyata keyfiyyətsiz xammal və materialların qəbul edilməsinə, habelə dövlət və səfərbərlik ehtiyatı materiallarının itkisinə və ya korlanmasında təqsirkar olan məsul saxlama məntəqələrinin vəzifəli şəxsləri mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyır. Ehtiyatların saxlanılma müddətləri və şərtləri aidiyyəti nazirlik və təşkilatlarla razılaşdırılmaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş təlimat və qaydalarla müəyyən edilir.

Qaydalara əsasən müəssisələr ildə ən azı bir dəfə sistemli şəkildə səfərbərlik və dövlət ehtiyatları maddi dəyərlərinin kəmiyyət və keyfiyyətini, saxlanma şəraitini, habelə onların məqsədli təyinata uyğun olmasını yoxlamalı, üzə çıxan çatışmazlıqları aradan qaldırmalı və bu barədə Fövqəladə Hallar Nazirliyinə rəsmi məlumat verməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR