Bank Of Baku

Ombudsmanın nümayəndəsi əsgər Samir Mustafayevlə bağlı araşdırma aparıb

Ombudsmanın nümayəndəsi əsgər Samir Mustafayevlə bağlı araşdırma aparıb
# 14 iyul 2009 10:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov iyulun 2-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına (MHKH) yerləşdirilən Tovuz rayonundakı N saylı hərbi hissənin hərbi qulluqçusu Mustafayev Samir Tahir oğlunun xəsarət alması məsələsini araşdırıb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, Quba rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış S. Mustafayev hazırda Hərbi Hospitalın ruhi xəstəliklər bölməsində stasionar şəraitdə müalicə edilir. Faktla bağlı Qazax Hərbi Prokurorluğunda araşdırma aparılır. Prokurorluqdan bildirilib ki, fakt üzrə məhkəmə-tibbi və digər ekspertizaların keçirilməsi üçün müvafiq qərarlar qəbul edilib və ekspertiza rəyləri alındıqdan sonra məsələyə hüquqi qiymət veriləcək. S. Mustafayevi hərbi xidmətə göndərən Quba rayon hərbi komissarı isə tutduğu vəzifədən azad edilərək Müdafiə Nazirliyinin sərəncamına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR