Bank Of Baku

Müxtəlif marketlərdə saxlama müddəti ötmüş 300 kiloqrama yaxın ərzaq məhsulu aşkarlanaraq məhv edilib

Müxtəlif marketlərdə saxlama müddəti ötmüş 300 kiloqrama yaxın ərzaq məhsulu aşkarlanaraq məhv edilib
# 14 iyul 2009 11:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinq nəticəsində bır neçə marketdə yararsız və keyfiyyətsiz mallar aşkar edilib. İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, monitorinq zamanı Bakının Sabunçu rayonunda “Zirvə market”də, “Yaşıl market”də, “Makro market”də, “Elməddin” ticarət mərkəzində, “Lider market”də, “Yeni dünya” supermarketində, Xaçmaz rayonunda “Xəzər” pərakəndə ticarət mağazasında və Gəncə şəhərindəki “Elnur market”də ümumi çəkisi 300 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa, un və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, mayonezlər aşkar olunub və satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və bu şəxslər barəsində qanunvericilik qaydasında inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, cari ilin may ayının 17-dən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 34 hüquqi şəxsə 132,5 min manat, 167 fiziki şəxsə 251 min manat cərimə tətbiq olunub.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR