Bank Of Baku

İşçiləri 41 dərəcədən yüksək hərarətdə açıq hava şəraitində işlədən işəgötürənlər cərimə oluna bilər

İşçiləri 41 dərəcədən yüksək hərarətdə açıq hava şəraitində işlədən işəgötürənlər cərimə oluna bilər
# 14 iyul 2009 11:33 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Havanın hərarəti 41 dərəcədən yüksək olarsa, işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin 59-cu maddəsinə (əməyin mühafizəsinin qorunması) uyğun olaraq açıq şəraitli iş yerlərində fasilə verməli və işi dayandırmalıdır. Bu tələblərə riayət edilmədikdə Əmək Müfəttişliyi işəgötürənlərə qarşı min manatdan 2 min manatadək cərimə tətbiq edə bilər. Bunu “APA-Economics”ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməyin ödənilməsi və əmək münasibətləri sektorunun müdiri Əbülfət Məhərrəmov deyib. O bildirib ki, Əmək Məcəlləsinə əsasən işəgötürənlər iş qrafikini hava şəraitindən asılı olaraq tənzimləyə bilər: “Yüksək dərəcəli hərarətin müşahidə olunduğu günləri qeyri-iş günü elan etmək işəgötürənlərin mənafelərinə zərər gətirə biləcəyi üçün onlar işçilərə 3-4 saatlıq fasilələr verməlidir. Bununla yanaşı, vəziyyətə nəzarət etmək üçün nazirliyin tabeliyində fəaliyyət göstərən Əmək Müfəttişliyi tərəfindən yerlərdə baxışlar keçirilir. İşçilər qeyd edilən hava hərarətində işləyərkən hər hansı zərər çəkdikdə və ya şikayətlər daxil olduqda müfəttişlərin inzibati qaydada müvafiq tədbirlər görməyə ixtiyarı var”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin məlumatına əsasən yüksək atmosfer temperaturu şəraitində işçilərin işlədilməsi və zərər çəkməsi haqda hələlik heç bir şikayət daxil olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR