Bank Of Baku

Kür və Araz çaylarında növbəti monitorinqlər keçirilib

Kür və Araz çaylarında növbəti monitorinqlər keçirilib
# 14 iyul 2009 13:34 (UTC +04:00)
Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayı və onun qollarına Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini keçib. Həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri normadan artıq müşahidə edilib. Belə ki, Şıxlı-2, Ağstafaçay məntəqələrində, Ağstafaçay su anbarında suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddini keçib.

Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində mis birləşmələri 3, fenollar isə 2 dəfə normanı ötüb. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.13-6.42 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR