Bank Of Baku

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 13 xəstə müraciət edib

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 13 xəstə müraciət edib
# 14 iyul 2009 13:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyunun 24-dən iyulun 13-nə qədər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 13 xəstə müraciət edib. Bu barədə APA-ya stansiyanın baş həkiminin müavini Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, onlardan 3 nəfərinin səhhəti nisbətən ağır olduğuna görə xəstəxanaya yerləşdirilib. Onlar müalicə olunduqdan sonra xəstəxanadan çıxıblar. Qalan şəxslərə isə ilkin tibbi yardımlar göstəriləndən sonra sifariş verilmiş ünvanlarda qalıblar. R. Nağıyev bildirib ki, günvurma diaqnozu ilə müraciət edən xəstələr bütün yaş kateqoriyalarından olub.
Havaların isti keçməsi ilə əlaqədar R. Nağıyev insanlara saat 11.00-dan 17.00-dək açıq gün şüalarının altında olmamağı məsləhət görüb: “İş şəraiti əgər açıq havadadırsa, fasilələrlə tənzimlənməlidir. Mütəmadi sərinləşdirici içkilər qəbul olunmalı, təbii materiallardan geyimlər geyinilməli, baş örtüklərindən istifadə olunmalıdır. Pəhrizə də fikir vermək lazımdır. İsti havalarda ağır kalorili yeməklər olmaz, spirtli içki qəbulu qəti qadağandır. Uşaqlar, yaşlı və xəstə insanlar gün şüalarından xüsusilə qorunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR