Bank Of Baku

Ali məktəblərin I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb, minimal test balı 200-ə endirilib

Ali məktəblərin I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb, minimal test balı 200-ə endirilib
# 14 iyul 2009 15:31 (UTC +04:00)
Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, artıq imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri “İmtahancell” xidməti vasitəsilə mobil telefonla da öyrənə bilərlər.

I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 33932 abituriyent imtahan verib. 29 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric edilib. I ixtisas qrupunda müsabiqəyə buraxılmaq üçün minimal bal 250-dən 200-ə endirilib. 200 və daha artıq toplayan abituriyentlər ixtisas seçimi mərhələsinə buraxılırlar. Ancaq onların fizika və riyaziyyat fənlərindən topladıqları nisbi bal 10-dan az olmamalıdır. Yəni yalnız bu fənlərə nisbi bal məhdudiyyəti tətbiq olunur.

350 və daha artıq bal toplayan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün isə nisbi bal məhdudiyyəti tətbiq olunmur. Test imtahanın nəticələrinə əsasən, 9135 abituriyent (xüsusi qabiliyyət imtahan tələb edən müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıblar. Onlardan 7830 nəfəri Azərbaycan bölməsinin, 1305 nəfər rus bölməsinin məzunudur. I ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 8718-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR