Bank Of Baku

Bakıda “Neft-Kimya üzrə VII Bakı Beynəlxalq Məmmədəliyev” konfransı keçiriləcək

Bakıda “Neft-Kimya üzrə VII Bakı Beynəlxalq Məmmədəliyev” konfransı keçiriləcək
# 15 iyul 2009 11:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda “Neft-Kimya üzrə VII Bakı Beynəlxalq Məmmədəliyev” konfransı keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 80 illik yubileyinə həsr olunacaq. Tədbirin təşkilatçıları Koreyanın Azərbaycandakı səfirliyi, AMEA, ARDNŞ, “BP-Azərbaycan” şirkəti və NKPİ-dir.
“Neft-Kimya - XXI əsr” devizi altında keçiriləcək tədbirin məqsədi neft-kimya və neft emalı sahəsində tədqiqatların perspektiv istiqamətlərinin təyini, bu sahədə beynəlxalq əlaqələrin təşkili, elmi-texniki nailiyyətlərin müzakirəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR