Bank Of Baku

Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına günvurma diaqnozu ilə müraciət edənlərin sayı artıb

Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına günvurma diaqnozu ilə müraciət edənlərin sayı artıb
# 15 iyul 2009 12:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. İyulun 14-də Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına 7 nəfər günvurma diaqnozu ilə müraciət edib. Bu barədə APA-ya Stansiyanın baş həkiminin müavini Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, bu gün isə stansiyaya günvurma ilə bağlı bir nəfər müraciət edib. R. Nağıyevin sözlərinə görə, gün vuranların əksəriyyəti orta yaşlı insanlardır. Onların arasında 1 yaşlı uşaq da var. Dünən gün vuran xəstələrdən biri və bu gün müraciət etmiş xəstə xəstəxanaya yerləşdirilib. Beləliklə də, yay mövsümü başlayandan gün vuran xəstələrin sayı 22 nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR