Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Almaniyada səfərdə olub
20 iyul 2009 09:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyətinin Almaniyaya beş günlük səfəri başa çatıb. DSMF-dən “APA-Economics”ə verilən məlumata görə, fondun şöbə müdirləri və mütəxəssislərindən ibarət nümayəndə heyətinin səfəri zamanı Avropanın nüfuzlu pensiya orqanlarından biri - Almaniya Pensiya Sığortası İdarəsinin büdcəsinin tərkibi və icrasının uçotu, sığorta-pensiya sistemində həyata keçirilən islahatlar, aktual tədqiqatların təşkili sahəsindəki təcrübə kimi məsələlər müzakirə edilib. DSMF təmsilçiləri Almaniya Pensiya Sığortası İdarəsində nəzarətlə məşğul olan şöbənin fəaliyyəti ilə yaxından tanış olublar. Səfər zamanı Almaniya Pensiya Sığortası İdarəsinin bu sahədə əldə etdiyi müsbət təcrübəni Azərbaycanda tətbiq etmək üçün iki ölkənin pensiya fondları arasında müzakirələrin davam etdirilməsi və qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılıq əldə edilib.
Sosial
AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir
09:50
23 may 2024
Bakıda sıxlıq olan yollar - SİYAHI
08:24
23 may 2024
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024