Nazirlər Kabineti Qubadakı kütləvi məzarlıqla bağlı tədbirlər planını yerli rayon icra hakimiyyətinə göndərib
20 iyul 2009 12:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Nazirlər Kabineti (NK) Quba rayon İcra Hakimiyyətinə rayondakı kütləvi məzarlıqla bağlı tədbirlər planı göndərib. Bu barədə APA-ya rayon icra başçısının müavini Yusif Abidov bildirib. Onun sözlərinə görə, tədbirlər planında məzarlığın mühafizə olunması, qorunması, soyqırımı ilə bağlı bukletlərin hazırlanması və ərazidə muzey kompleksin tikilməsi nəzərdə tutulur. Soyqırımı muzeyinin tikilməsi ilə bağlı maliyyənin ayrılması üçün Maliyyə Nazirliyindən cavab gözlədiklərini bildirən Y. Abidov deyib ki, vəsait ayrılandan dərhal sonra muzeyin tikintisinə başlanacaq: “Məzarlığın mühafizəsi ilə bağlı lazım olan işlərin hamısı görülür. Məzarlıq dörd tərəfdən bağlıdır, üstü örtülüdür. Məzarlığa gedən yolu düzəltmişik, ətrafındakı restoranı və yaşayış evlərini sökmüşük. Soyqırımı muzeyinin artıq layihəsi də hazırdır. Quba məzarlığında böyük soyqırımı muzeyi yaradılacaq”.
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024