Ombudsman Qatarın Azərbaycandakı səfirini qəbul edib
22 iyul 2009 15:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova Qatarın Azərbaycandakı səfiri Mübarək bin Fahad Al-Thanini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə E. Süleymanova Azərbaycanın Qatarla insan hüquqları sahəsində əlaqələrin qurulmasında maraqlı olduğunu, səfirin bu işdə köməklik göstərəcəyinə ümid etdiyini bildirib. Səfir isə Qatarda da İnsan Hüquqları Komitəsinin fəaliyyət göstərdiyini, bu qurumla Azərbaycan ombudsmanı arasında insan hüquqları sahəsində əməkdaşlığın yaradılmasına kömək göstərəcəyini vurğulayıb.
Sosial
Əmək münasibətlərinə proaktiv e-nəzarət mexanizmi tətbiq olunur
12:29
27 aprel 2024
“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda nəzəri-praktiki tədbir keçirilib
12:28
27 aprel 2024
Mərdəkan şosesində təmir aparılır
12:05
27 aprel 2024
“Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib
11:36
27 aprel 2024