Bank Of Baku

Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
# 24 iyul 2009 09:11 (UTC +04:00)
APA-nın məlumatına görə, qəbul imtahanı Bakı şəhərində 40, Naxçıvan şəhərində 2 binada aparılır. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində 1697 nəzarətçi müəllimin iştirak etdiyi imtahana 169 imtahan rəhbəri cəlb olunub. Bu il II ixtisas qrupu üzrə 7331 plan yeri ayrılıb. Onlardan 4244-ü Azərbaycan bölməsi, 662 yer rus bölməsi, 2425 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Bu ixtisas qrupu üzrə 25358 abituriyent ərizə təqdim edib. Onlardan 21854 nəfəri Azərbaycan bölməsinin, 3504 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 16725 nəfəri oğlan, 8633 nəfəri qızdır. 16687 abituriyent orta məktəblərin builki məzunu, 8478 nəfər isə əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 145 abituriyent xarici ölkə vətəndaşıdır. 89 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 608 abituriyent orta ixtisas məktəblərinin məzunudur. Ən yaşı abituriyent 1958-ci il, ən gənc abituriyent 1994-cü il təvəllüdlüdür. Bakı şəhərində 24194 abituriyent, Naxçıvanda 1164 abituriyent imtahan verir. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Saat 19.30-da “Space” telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahan suallarının düzgün cavabları elan olunacaq və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Düzgün cavablar TQDK-nın saytında da yerləşdiriləcək.

II ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında açıqlanacaq. Abituriyentlər nəticələr barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR