Bank Of Baku

Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasında “Elektron sağlamlıq kartları”nın tətbiqinə başlayıb

Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasında “Elektron sağlamlıq kartları”nın tətbiqinə başlayıb
# 24 iyul 2009 12:21 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasında “Elektron sağlamlıq kartları”nın tətbiqinə başlayıb. “APA-Economics”in məlumatına görə, Naxçıvanın Mərkəzi Xəstəxanasında elektron kartlara körpənin doğulduğu gündən keçirdiyi xəstəliklər, edilən peyvəndlər, müalicələr, müxtəlif preparatlara qarşı olan həssaslığı və başqa informasiyalar daxil edilməsi nəzərdə tutulub. İki hissədən ibarət elektron kartın bir hissəsində yerləşdirilən məlumatlar bütün həkimlərə açıq olacaq, digər hissəsində isə məlumatlar şifrələnəcək. Kartın kodla şifrələnən hissəsində yerləşdirilən məlumatlar yalnız aidiyyəti olan peşakar həkimlər üçün nəzərdə tutulmuş xüsusi məlumatlar yerləşdiriləcək.
İlkin məlumata əsasən, Naxçıvanda həyata keçirilən layihənin birinci mərhələsində elektron kartlar yeni doğulan körpələr üçün açılacaq. Növbəti mərhələdə isə 14 yaşadək bütün uşaqlar elektron kartlarla təmin olunacaq. Artıq 2007-ci, 2008-ci və 2009-cu illər təvəllüdlü uşaqlarla yanaşı, 2006-cı il təvəllüdlü uşaqlarda elektron sağlamlıq kartları ilə təmin ediləcək.
Xatırladaq ki, milli elektron sağlamlıq kart sistemi ötən ildən etibarən Gəncədə tətbiq edilir və bu günə kimi artıq 4,7 minə yaxın kart körpələrin valideynlərinə təqdim edilib. Ümumilikdə isə 6,5 minə yaxın kart sifariş edilib və gələcəkdə əlavə olaraq 8679 körpə üçün elektron sağlamlıq kartın açılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR