Bank Of Baku

Azərbaycanda Uşaq Qaynar Xətt Xidməti istifadəyə verilib

Azərbaycanda Uşaq Qaynar Xətt Xidməti istifadəyə verilib
# 18 fevral 2010 11:00 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Bakıda “Azercell Terlekom” şirkəti və Azərbaycan Təhsil Nazirliyinin birgə səyi ilə Uşaq Qaynar Xətt Xidmətinin açılışı olub.

APA-Economics”in məlumatına görə, xidmət mərkəzinin açılışında təhsil naziri Misir Mərdanov və “Azercell Telekom” şirkətinin baş direktoru Ali Ağan, UNİCEF-in, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının, “Save the Children-Azerbaijan” nümayəndələri iştirak ediblər.

M.Mərdanov qeyd edib ki, Azərbaycanda ilk Uşaq Qaynar Xətt Xidmətinin 5 nəfər işçisi var: “Onların əmək haqları “Azercell Telekom” şirkəti tərəfindən ödəniləcək. Buraya daxil olan zənglər pulsuz olacaq, xidmətin istifadəsinə dörd telefon nömrəsi verilib və bu nömrələrə müxtəlif ciddi problemləri olan uşaqlar anonim zəng edə biləcəklər. Xüsusi təhsil almış psixoloq, sosioloq və hüquqşünas operatorlar onlara lazımi köməklik edərək məsləhətlər verəcəklər”.

Eyni zamanda Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən mini-avtobus alınaraq xidmət mərkəzinə təqdim edilib. Bu avtobuslar vasitəsilə lazım olduğu halda təcili yardım göstəriləcək. Qaynar xəttə sağlamlıq problemləri olanlarla yanaşı, ümumilikdə təhsillə bağlı problemləri olan uşaqlar da müraciət edə bilər. Nazirlik daxil olan şikayətləri araşdıraraq tədbirlər görəcək.

Öz növbəsində A.Ağan “Azercell” şirkətinə bu cür mühüm bir layihədə iştirak imkanını yaratdığı üçün Təhsil Nazirliyinə təşəkkür edib.

Qeyd edək ki, “Narahatsan? Bizə zəng et” şüarı altında fəaliyyət göstərən Uşaq Qaynar Xətt Xidmətinə 480 22 80, (050) 680 22 80, (051) 880 11 80 nömrələrinə zəng edərək müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR