Bank Of Baku

Bu il Azərbaycan orta məktəblərində fərqlənmə attestatları təqdim edilə bilər

Bu il Azərbaycan orta məktəblərində fərqlənmə attestatları təqdim edilə bilər
# 18 fevral 2010 11:11 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda bu il orta məktəbi yüksək nailiyyətlə başa çatdır şagirdlərə qızıl və gümüş medalların verilməsi prosesinin bərpası gözlənilir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamada təhsil naziri Misir Mərdanov bildirib.

“Biz təkliflərimizi hökumətə təqdim etmişik və hazırda müzakirələr aparılır. Yekunlara əsasən, hökumətin qərarı çıxdıqdan sonra biz bu prosesə başlaya biləcəyik” – deyə nazir qeyd edib.

Təhsil nazirinin sözlərinə görə, bu il nazirlik fiziki olaraq medalların təqdim edilməsinə hazır olmaya bilər, lakin fərqlənmə attestatları təqdim edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR