Bank Of Baku

Azərbaycanda pensiya məbləğlərinin sığorta hissəsi və fərdi hesablarda qeydə alınan pensiya kapitalları indeksləşdiriləcək

Azərbaycanda pensiya məbləğlərinin sığorta hissəsi və fərdi hesablarda qeydə alınan pensiya kapitalları indeksləşdiriləcək
# 18 fevral 2010 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) bütün növ əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilməsinə başlayır.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, 2009-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 1,5% təşkil edib.

Bu göstəricinin pensiyalara təsirini aradan qaldırmaq məqsədilə cari ildə pensiya məbləğinin həmin həddə indeksləşdirilməsini təmin etmək üçün Azərbaycanın dövlət başçısı tərəfindən fevralın 17-də «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» Sərəncam verilib. Sərəncama əsasən, DSMF tərəfindən 2009-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2010-cu ilin yanvarın 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq.

Qeyd edək ki, inflyasiyaya uyğun indeksləşdirmə Azərbaycanda ilk dəfə olmaqla 2006-cı ildən etibarən sığorta-pensiya sistemində tətbiq olunmağa başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR