Bank Of Baku

Azərbaycanda məktəblərin kompüterləşməsinə 16 mln. manat ayrılıb

Azərbaycanda məktəblərin kompüterləşməsinə 16 mln. manat ayrılıb
# 18 fevral 2010 14:18 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda hazırda 5-ci sinifdən yuxarı siniflərdə oxuyan hər 20 şagirdə 1 kompüter düşür.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

“Beş il öncə 1036 şagirdə 1 kompüter düşürdü. Bu il qeyd edilən istiqamətdə işlər davam edəcək və dövlət büdcəsindən məktəblərin kompüterləşməsinə 16 milyon manat vəsait ayrılıb. Bu vəsaitin böyük hissəsi 500 məktəbin genişzolaqlı sürətli internet şəbəkəsinə qoşulmasına və müəllimlərin kompüter savadlarının artırılması məqsədilə treninqlərin təşkil edilməsinə sərf ediləcək” – deyə nazir vurğulayıb.

Qeyd edək ki, 2012-ci ilə qədər ümumi dəyəri 75 mln. manat olan Dövlət Proqramı çərçivəsində 38,5 mln. manat vəsaitin ayrılması gözlənilir. Ötən il proqram çərçivəsində Təhsil Nazirliyinə 19 mln. manat, 2008-ci ildə isə 8,5 mln. manat ayrılıb. Nəticədə bu günə kimi məktəblərə 36 min kompüter alınaraq təqdim edilib.

Ümumiyyətlə, məktəblərin kompüterləşməsinin intensivliyi dövlət büdcəsindən 2008-2012-ci illər üçün nəzərdə tutulmuş təhsil sahəsinin inkişafı üzrə II Dövlət Proqramına ayrılacaq vəsaitin həcmindən asılıdır. Lakin bir sıra özəl elitar lisey və məktəblər qarşılarına “Bir şagirdə - bir kompüter” məqsədini qoyublar və şagirdləri netbuklarla təmin etməyi nəzərdə tuturlar. Nəticədə məktəblərin kompüterləşməsi üzrə göstəricilər daha intensiv artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR