Bank Of Baku

Daxili işlər naziri Ramil Usubov Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri ilə görüşüb

Daxili işlər naziri Ramil Usubov Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri ilə görüşüb
# 18 fevral 2010 14:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkədə səfərdə olan Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycanla Polşa arasında əlaqələrin son illər yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan R. Usubov, hər iki ölkə başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin və bağlanmış sazişlərin dövlətlər arasında münasibətlərin inkişafında geniş hüquqi əsaslar yaratdığını və onun yeni səviyyəyə qalxmasına təkan verdiyini bildirib. Qeyd olunub ki, iki ölkənin sürətlə inkişaf edən əməkdaşlığı daxili işlər orqanları arasında olan əlaqələrə də müsbət təsir göstərib. Məhz bunun nəticəsidir ki, Azərbaycan daxili işlər nazirinin 2008-ci ilin iyun ayında Varşavaya səfəri zamanı iki ölkənin daxili işlər nazirləri “Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq” haqqında hökumətlərarası saziş imzalayıblar.

Görüşdə bütün bəşəriyyəti narahat edən transmilli mütəşəkkil cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizə məsələlərinə də toxunularaq bu sahədə hər iki dövlətin səylərini daha sıx birləşdirməsinin, beynəlxalq miqyaslı cinayətlərin açılmasına yardım edən təcrübə və informasiya mübadiləsinin zəruriliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR