Bank Of Baku

Hicran Hüseynova: “8 mart bayramını ləğv etmək düzgün deyil, Ana Gününün təsis olunması isə çox gözəl təklifdir”

Hicran Hüseynova: “8 mart bayramını ləğv etmək düzgün deyil, Ana Gününün təsis olunması isə çox gözəl təklifdir”
# 19 fevral 2010 08:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 8 Mart Beynəlxalq Qadınlar Gününün ləğv olunması və Ana Gününün təsis edilməsi ilə bağlı təklifə münasibətini bildirib. APA-nın məlumatına görə, H. Hüseynova qeyd edib ki, 8 Mart beynəlxalq bir bayramdır və bunu ləğv etmək doğru deyil: “Vaxt vardı ki, hansısa bir dövrdə bunu ləğv etmək istəyirdilər. Amma alınmadı. Yeni bir bayramın - Ana Gününün qeyd olunması isə çox gözəl bir təklifdir. Burada söhbət bayramların birini ləğv edib, o birini təsis etməkdən getməməlidir. Ana müqəddəs bir insandır və Ana Gününün qeyd olunması çox gözəl olardı. Amma bu bayramlar bir-birinə əvəz eləmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR