Bank Of Baku

Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək

Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək
# 19 fevral 2010 08:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı və Abşeron yarımadasında fevralın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru çiskinli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 8-11, axşam 4-6 dərəcə isti olacaq.

Fevralın 20-də havanın buludlu olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Fevralın 21-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 9-13 dərəcə isti olacaq.

Fevralın 22-də havanın buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 20-də gün ərzində hava, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın az yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-7 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Fevralın 21-22-də hava, əsasən yağmursuz olacaq. Lakin 22-də bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Cənub-qərb, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR