Bank Of Baku

“Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarında qadınların rolu” mövzusunda konfrans başlayıb - FOTO

“Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarında qadınların rolu” mövzusunda konfrans başlayıb - <font color=red>FOTO</font>
# 19 fevral 2010 08:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarında qadınların rolu” mövzusunda konfrans başlayıb. APA-nın məlumatına görə, konfransda dövlət rəsmiləri, bələdiyyə üzvü və sədri olan qadınlar iştirak edib.

Komitə sədri Hicran Hüseynova çıxışında bildirib ki, Azərbaycanda dövlət idarəçiliyində qadınların rolu getdikcə artır. Bundan əvvəl bələdiyyələrdə cəmi 4 faiz qadının təmsil olunduğunu xatırladan H. Hüseynova, 2009-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərindən sonra qadınların miqdarının 26 faizə qədər artdığını söyləyib: “Biz qadın bələdiyyə üzvləri ilə daim əməkdaşlıq edəcəyik, fəaliyyətimizi əlaqələndirəcəyik. Komitə qadınlara dəstək olacaq, yaranmış problemlərin həllinə yardım edəcək. Biz seçkilərdən sonra araşdırma apardıq və dünyanın heç bir ölkəsində bələdiyyələrdə qadınların miqdarının 26 faiz olmadığını öyrəndik. Bu, böyük bir siyasətin nəticəsidir. Azərbaycanda çox güclü qadın siyasəti qurulub”.

Prezident Administrasiyasının Yerli özünüidarəetmə orqanları və ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Namiq Həşimov isə iştirakçılara bələdiyyələrin yeni tərkibi haqda məlumat verib. Onun sözlərinə görə, hazırda 302 bələdiyyənin sədri qadındır: “Cəmiyyətdə qadınların rolunun artması demokratiyanın inkişafını göstərir”.

Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə və digər şəxslər də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR